SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Ulvira Qarayeva ARB telekanalındakı işindən ayrılıb.

BAKU.WS-in məlumatına görə, Ulvira Qarayeva bu barədə Facebook səhifəsində yazıb.

Teleaparıcı işdən niyə ayrıldığını səbəbini qeyd etməyib.

“ARB TV-nin "Günə son" verilişi sevimlilərim siyahısına yazıldı, format, dekor və imkanlar baxımından mənim üçün seçildi. Və nə yaxşı ki, ARB -də işləmək şansım oldu. Bütün iş yoldaşlarıma - qırğınla efirə çıxdığım, sonra dostlaşdıqlarıma da, ilk gündən səmimi olduqlarıma da - hər kəsə təşəkkür edirəm. Kimisi mənə yenidən saflığı, kimisi yaxşılığa doğru dəyişmək potensialını göstərdi. Ümumi şəkildə olanların və olmayanların hamısının mənim üçün yeri başqadı.

Kanalın şefi İsmət müəllimə əməkdaşlığa görə ayrıca dərin təşəkkürlər. Yaxşı ki, sizi tanımışam”, - deyə Ulvira Qarayeva qeyd edib.

BAKU.WS