VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çinli gənc, xərçəngə tutulduqdan sonra arxasında gözü yaşlı bir qadın buraxmaq istəmədiyi oyuncaq qızla evlənib.
 
BAKU.WS məlumat verir ki, Çində yaşayan bir gənc xərçəng olduğunu öyrəndikdən sonra erotik dükanların birindən kukla alıb. Vizajistə onu gəlin kimi bəzətdirən gənc kuklaya gəlinlik də alıb. Bundan sonra çinli gənc həmin kukla ilə evlənmək üçün kiçik bir nikah mərasimi də təşkil edib. Buna səbəb kimi də öləndən sonra arxasında gözü yaşlı bir qadın buraxmaq istəmədiyini deyib.
 
Nikah mərasimində çəkilmiş fotoları sosial şəbəkədə paylaşan gəncin bu hərəkətinə müxtəlif reaksiyalar olub. Bir çoxu onu qınasa da, ona dəstək olanlar da az olmayıb.
 
BAKU.WS