İndi təqdim edəcəyimizin sujetin qəhrəmanı bir çoxlarınıza tanışdır. Bakı sakini Zahid Quliyev sosial şəbəkələrdə yayılan rəqsləriylə şöhrət qazanıb.

Sosial şəbəkələrdə yayılan tonqal başındakı rəqsindən sonra onu hər kəs "Papito Zahid" kimi tanıyır. Peşəkar rəqqas olmasa da, musiqi onun həyatının bir hissəsidir.


47 yaşlı Zahid Quliyev Bakının Buzovna kəndində nağaraçı ailəsində anadan olub. Ritm duyumu onun bir video ilə populyarlaşmasına səbəb olub.

Çox danışmaqla arası olmayan Zahidin nəinki xarici, elə milli oyun havalarında da əla rəqs etmək bacarığı var.

Papito Zahidin rəqsinin sorağı Bakı ilə yanaşı Türkiyə və Moskva kimi şəhərlərə də yayılıb. Rəqqas digər ölkələrdən təkliflər alır. Qısa zamanda məşhurluq qazanan Zahid Quliyev doğma kəndində rəqs məktəbi də açıb.

Sosial şəbəkə istifadəçiləri onu "Instagram"da özünəməxsus rəqsləri ilə populyarlaşan italiyalı milyonçu Canluki Vakki ilə müqayisə edirlər.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ