VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan çempionu Fövqi Əfəndi fitneslə məşğul olanların istifadə etdiyi idman qidaları ilə bağlı danışıb.


BAKU.WS-in məlumatına görə, Fövqi Əfəndi bir qida mütəxəssisi kimi "Hansı idman qidalarından istifadə edilməlidir?" sualını cavablayıb. Mütəxəssisin sözlərinə görə, orijnal idman qidaları firmalarının demək olar ki, hamısında tərkib eynidir. 

"Sadəcə dadlarında və porsiyaya düşən qramlarında fərq var. Bu da o "möcüzəvi" firmaların olmadığını göstərir. Yəni, kimyəvi preparatlarla yatıb-duran adamın idman qidasını reklam etməsi o demək deyil ki, həmin qida bədənindəki yağı əridib və ya həmin qidaya görə qolu 50 sm. olub. Sadəcə 100-200 dollar pul alır deyə ona deyiləni müştərilərə deyir".

Fövqi Əfəndi söyləyir ki, ️əsas diqqət edilməsi lazım olan bazardakı A klass keyfiyyətsiz malları almamaqdır.


İdman qidasının orjinal olub olmadığını necə bilmək olar?

1. Distribütorluğu olan şirkətlər həmin firmanın qidalarını satdıqlarını göstərir.
2. Onlayn firmanın öz saytından bir dəfə sifariş verib Bakıda satılan həmin saxta mallarla dadlarını müqayisə edin. Əgər dad fərqli, qablaşdırma eynidirsə, deməli sizi aldadıblar. Qablaşdırmanı eyni düzəltmək asan olsa da bir mütəxəssis kimi deyə bilərəm ki, eyni dadı və qatılığı almaq çox çətindir.
3. Məhsulun onlayn qiyməti daha bahadırsa və sizin aldığınız mal çox ucuzdursa, o da keyfiyyətsiz, orjinal olmayan mal olduğunu göstərir.
4. Barkodun eyni olması sizi çaşdırmasın. Mən evdə həmin barkodu print edə bilirəm. 


Biz @fitway_store olaraq Almanyanın 1 nömrəli idman qidası olan @bodyattacksportsnutrition şirkətinin distribütorluğunu alaraq sizə yüksək keyfiyyətdə, tam orjinal idman qidaları təqdim edirik".

Qeyd edək ki, "Fitway" zalında müştəriləri üçün qrup halında fərdi məşqlər pulsuzdur. Zalda 1-3-5-ci günlər 16:00-18:00-də Qasımov Əmrah və Günay Hüseynova ilə 2-4-6-ci günlər isə 15:00–17:00-dək Kamran Qulamov və Səadət mütəllimova ilə pulsuz olaraq fərdi məşqlərə qatıla bilərsiz. Məşqlərdə Fövqi Əfəndi də iştirak edəcək.

Ünvan: Nizami küçəsi 1/3 Axundov bağından yuxarı. 08:00 - 22:30. 
Əlaqə: 050 977 17 87 
www.fitway.az
Instagram: fitway_gym     
Instagram: fitway_food 

BAKU.WS