SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanvarın 10-da gecə saatlarından başlayaraq Şamaxıya qar yağır. Müvafiq strukturlar gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsinə lazımi qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirib ki, qarın yağması daha çox bölgənin şimal dağlıq hissəsində - Dəmirçi, Pirqulu, Nağaraxana, Çuxuryurd, Əngəxaran, Məlhəm və digər ərazilərində intensiv hal alıb. Günortayadək bu yerlər tamamilə ağ örpəyə bürünüb. Bəzi ərazilərdə qarın qalınlığı 5-7 santimetrə çatıb.

Axşamüstünədək elektrik enerjisində heç bir fasilə olmayıb. Məktəblər normal istiliklə təmin edilib.

AZƏRTAC
BAKU.WS