VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Respublikamızda xizək həvəskarları günü-gündən daha da artır. Sizə xizək zamanı rahatlığı, soyuq havada istiliyi və gözəl görünməyi təmin edəcək yeganə məkan Qəbələ “Tufandağ” yay-qış kompleksində yerləşən “Rich Sport” mağazasına dəvət edirik. Yeni istifadəyə verilmiş “Rich Sport” mağazası sizlərə bir çox “Toni sailer”, “Emmegi" "Halti” kimi məşhur brend geyimləri təqdim edir.

Siz diqqət mərkəzində olmaq istəyirsiz? Keyfiyyətlə birlikdə dəbə də önəm verirsiniz? Bütün bunları özündə birləşdirən əfsanəvi dünya brendini sizə təqdim edirik.

Almaniyanin “Fashion Pool GmbH” şirkəti idman modası aləmində yaxşı tanınıb. 1995-cı ildə təsis edilən şirkətin sahibi Hans Taubenberger Toni Sailer adının dağ-xizək geyimi üçün brend qismində istifadəsinə lisenziya əldə edib. Toni Sailer 170 qələbəyə imza atmış dağ-xizək idman növünün əfsanəsidir. O, Avstriya tarixində yeganə 3 qat olimpiya çempionudur, dağ-xizək idman növünün tarixində üç mütləq dünya çempionundan biridir, yeganə 7 qat dünya çempionudur (kişilər arasında rekord). Bax bu cür enerji ötürülüb bu brendə! Şirkətin loqosunda isə Toninin doğma şəhəri olan Kitzbühelin rəmzi əks olunub.

Dəb, zəriflik, üslub və detallara verilən böyük önəm Toni Sailer-in dağ-xizək kostyumları istehsalında əsas fəlsəfəsidir. Hər yeni kolleksiya performansın ən yüksək keyfiyyəti sayəsində müştərilərin ən yüksək tələblərinə cavab verir, fərq etməz bu gödəkçə, şalvar, əsas qat, trikotaj və ya aksesuarlardır . Toni Sailer dağ-xizək geyimləri yalnız yeni əşyanın keyfiyyəti deyil, həm də bu keyfiyyətin uzun müddət ərzində qalmasıdır. Onun yaradılmasında istifadə olunan ipdən tutmuş material və furnituraya qədər bütün elementlər ən yüksək keyfiyyətə malikdir . Keyfiyyətli məhsul zamandan asılı olmayaraq forma və rəngini qoruyub saxlamalıdır. Bütün Toni Sailer məhsulları mükəmməl biçim, qüsursuz performans və eksklüziv detallara malikdir. Harada olursunuzsa olun, hər kəs sizi seyr edir – dağ yamacında, gəzintidə və ya şəhərdə.

Toni Sailer kifayət qədər gənc şirkətdir, onun məhsulları 2006-ci ildən bazara çıxarılıb. Şirkətin bazara daxil olması dərhal həvəskar və ekspertlərin diqqətini cəlb edib və şirkət onlar tərəfindən ISPO Winer 2006 - "Newcomer of the year" и ISPO Winter 2007 - "Premium Sport Style” kimi fəxri mükafatlara layiq görülüb.

Tony Sailer-in dağ-xizək geyimi qısa müddət ərzində və inamla bazarı fəth etdi. Məsələ burasındadır ki, Toni Sailer özündə yüksək moda və yüksək texnologiyaları birləşdirən modellər təqdim etməyi bacardı. Toni Sailer-in hər bir kolleksiyasının şık və dəbdəbəli dizaynı böyük bir işin nəticəsidir. Yeni kolleksiya işə başlamazdan əvvəl, şirkətin dizaynerləri moda nümayişlərini ziyarət edir, rənglər və parça fakturalarında, bəzək və işlənilmədə moda trendlərini öyrənirlər. Daha sonra tələb olunan xizək xassələrini təmin etmək məqsədi ilə diqqətlə texnologiyar seçilir. Yalnız bundan sonra kolleksiyanın yaradılmasına başlanılır. Bu yanaşma nəticəsində təbii olaraq büdcə modelləri deyil, əsl şah əsərləri əldə edilir. Bütün bunlar yüksək istehlak xassələri ilə birlikdə təqdim olunur, bu modellərdə siz istənilən hava şəraitində və istənilən vaxt ərzində dağ-xizək idmanı ilə məşğul ola bilərsiniz. Modellər o qədər mükəmməl və yaxşı düşünülmüşdür ki, yamacdan kənarda da çox asan istifadə edilə bilər və bu zaman onlar çox təbii görünüşə malik olur.

Toni Sailer dağ- xizəyi geyimlərinin hər bir modelində bütün xırdalıqlar düşünülmüşdür. Hətta əyindən çıxarılmış və dağ kafesində oturacağa təsadüfən atılmış geyim nümunəsi zərif görünür. Bu ona görə mümkün olur ki, geyimin astarında dəbdəbəli tikişləri tamamlayan çox gözəl və göz oxşayan naxış mövcuddur. Hər bir xırdalıq əşyanın statuslu olmasını vurğulayır. Hər bir Toni Sailer dağ-xizək gödəkçəsi mürəkkəb rənglənmə texnologiyasına məruz qalır və ona görə də, onun rəng çaları unikaldır. Üst parçası palçığa davamlı münbitləşdirməyə malikdir və buna görə də hətta açıq rəngli gödəkçələri kurortda olduğunuz bir-iki həftə ərzində geyinə bilərsiniz. Bundan əlavə, Toni Sailer dağ-xizək geyimləri paltar yuyan maşında membran parçaları üçün nəzərdə tutulmuş xüsusi şampunlarla yumaq olar.

Qadınlar üçün Toni Sailer dağ-xizək geyimləri dəbdəbəli xanımlar üçün çox əlverişlidir.

Bütün modellər qadın zərifliyini vurğulayır. Buna zərif parçalar, mükəmməl biçim və bacarıqla istifadə edilmiş xəz sayəsində nail olunub. Geyimlər çox isti, yüngül və rahatdır, hərəkətləri məhdudlaşdırmır.

Bu mövsümdə bir çox modellərdə müxtəlif faktura və rəngə malik materialların birləşmələrndən istifadə olunub. Bunun sayəsində məhsula unikallıq və zəriv notlar gətirən özəl vizual effekt və nəzərəçarpan rəng kontrastlığı əldə olunur.

Toni Sailer kişi dağ-xizək kostyumları onun sahibinin yüksək statusunu vurğulayan klassik üslublu dizayna malikdir. Toni Sailer dağ-xizək kostyumu hər zaman və hər bir şeydə qusursuz eleqanlığa malikdir. Təbii ki, bu onun texnologiyalı və funksional olmasın mane olmur. Bütün Toni Sailer dağ-xizək geyimlələri modelləri əlçatmaz funksionallıq və rahatlıqla fərqlənir.

Toni Sailer dağ-xizək geyimlərində istifadə olunan texnologiyalar:

AquaGuard® şimşəkləri. Bu, suya davamlı poliuretan YKK şimşəyi üçün nəzərdə tutulmuş örtük şimşəklərin əlverişsiz hava şəraitinin təsirindən qorunması məqsədi ilə xüsusi olaraq yaradılmışdır. AquaGuard® şımşəkləri funksional detal olaraq dizayn və yumşaqlıq nöqteyi nəzərindən kişi gödəkçələri üçün çox əlverişlidir.


Keep Heat™ (5 dərəcə daha isti!). "Toni Sailer" Keep Heat texnologiyasını təqdim edir. Yüksək texnologiyalı material hər zaman istini əks edir və istinin itirilməsinin qarşısını alır, o kişi gödəkçələrinin astarının sinə nahiyəsinə daxil edilib. Bunun sayəsində gödəkçənin içərisində hərarət adi astara malik gödəkçələrlə müqayisədə 5 dərəcə çoxdur.


Premium 4-Way Stretch texnologiyası inanılmaz hərəkət sərbəstliyi təmin edir. Bu özəl olaraq "Toni Sailer" üçün işlənilmiş 4 istiqamətdə uzanan yüksək elastikli material (texniki göstəriciləri - 20 000мм/20 000qr/м2/24s) sizin bədən hərəkətlərinizi təqib edir. Əlavə palçığa və suya davamlı emala malikdir.


Dəri - Sizin hiss etdiyiniz dəbdəbədir. O yumşaq və hamar olmalıdır, hamar struktura malik olmalıdır. Buna görə də biz yalnız yüksək keyfiyyətli nappa dərisini əldə edirik. O, öz mükəmməl xüsusiyyətlərinə görə dəri əlcəklərin istehsalında istifadə olunur. Bu dəri suya davamlı emal sayəsində qarın və yağışın təsiri altında islanmır.


TÜK - maksimum isti və minimum çəkini təmin edir. Tüklü gödəkçə soyuqdan mükəmməl müdafiədir Toni Sailer şəhər seriyasında gödəkçələr yüksək keyfiyyətli tüklə doldurulmuşdur - 90/10 - 700 fill power.


Swarovski - işlənilmədə yalnız orijinal Swarovski kristalları istifadə olunur. Swarovski kristalları yalnız lisenziyalaşdırılmış şirkət və brendlərə təqdim edir. Buna görə də hər bir geyim əşyası CRYSTALIZED etiketi ilə nişanlanıb, bu da orijinal Swarovski kristallarının istifadə olunmasına zəmanət verir.


Yüksək elastikli Jet materialı bədəndə ideal oturma üçün istifadə olunur. Şalvarların istehsalında istifadə olunan yüksək texnologiyalı material idman və elegant görkəmi təmin edir və bədəni şax tutur. 20 000мм/10 000qr/м2/24 membranı nəmişlik və küləkdən qoruyur, nəm buxarları qaytarır. Qeyri-adi rahatlıq yumşaq alt örtüyü sayəsində əldə edilir.


Flis əlavə istilik təmin edir. Yumşaq flis materialı orta qat geyimləri üçün idealdır. Ona görə ki, istilikdən başqa, o yüksək keçirici xüsusiyyətlərrə malikdir, yəni materialın strukturu hesabına nəfəs alır, nəmişliyi tez qaytarır və tez quruyur. Toni Sailer yüksək keyfiyyətli, antipillinq effektli, inanılmaz dərəcədə yumşaq və yüngül flisdən istifadə edir.


Fiberballs isidicisi dəbdəbəli xarici görünüş, istilik və rahatlığı təmin edir. Xüsusi olaraq "Toni Sailer" brendi üçün hazırlanıb! İsidicinin yeni görünüşü məhsula yeni görünüş verməklə yanaşı çox texnolojidir. Tükdən fərqli olaraq o islanmır və əla istilik izolyasiyasını təmin edir. Hətta bir çox yuyulmadan sonra o, öz formasını qoruyub saxlayır.


Мех OA™ - ORIGIN ASSURED - keyfiyyət və rahatlığın zəmanəti. Yalnız qeydə alınmış əmtəə nişanına malik və sınaqdan Skandinaviya, Kanada və ABŞ istehsalçlarından əldə edilmiş kolleksiyada istifadə olunan təbii xəz. Bu keyfiyyət və təhlükəsizliyin zəmanətidir. Bütün fermalar müntəzəm olaraq nəzarət olunur və hər bir xəz orijinal görünüşə malikdir, onun üzərində ölkənin və istehsalçının adı qeyd olunub.


Texnoloji astar yüksək rahatlıq səviyyəsinə zəmanət verir.

Toni Sailer gödəkçələrində istifadə olunan 4-way stretch materialından hazırlanmış astar gödəkçələrin konstruksiyasını ideal olaraq tamamlayır. Öz elastikliyi sayəsində o tam hərəkət sərbəstliyi və rahatlığa zəmanət verir. Gödəkçənin iç tərəfini inanılmaz dərəcədə yumşaq edir.

Materialların kombinasiyası - Müxtəlif fakturalı materiallar təkrarolunmaz effekt yaradır. Bu mövsümdə bir çox modellərdə müxtəlif fakturalı və rəngli materialların birləşməsindən istifadə olunub. Bunun sayəsində məhsula unikallıq və zərif notlar verən özəl vizula efekt və nəzərəçarpan rəng kontrastları əldə olunur.


Lazer loqosu - Lazer biçimi, üçölçülü effekt və nəmdən müdafiə. Loqotip istehsalının yuksək texnoloji prosesi istifadə olunan materialların texnolojiliyindən heç də geri qalmır.


YKK Excella® Geyim keyfiyyətinin yüksək standrtının qorunması məqsədi ilə şirkət YKK Excella şimşəklərindən istifadə edir. YKK Excella şimşəyinin dişcikləri maksimal olaraq hamar sürüşməyə nail olmaq məqsədi ilə əl ilə polirovka olunub.


“Tufandağ” yay-qış kompleksində yerləşən “Rich Sport”la əlaqə saxlamaq üçün aşağıdakı telefon nömrəsinə zəng vura bilərsiniz:

+994 (50) 700 66 11

https://www.facebook.com/Richsport.az/

BAKU.WS