Gürcüstanın Tbilisi şəhərində yerləşən "Taglaura" restoranında azərbaycanlılar erməni müştəriləri pərt edib. 

BAKU.WS-in məlumatına görə, bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub. 


Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə "Sarı gəlin" mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk edib.

Həmyerlilərimiz bu addımla ermənilərə bir növ Azərbaycan musiqilərinin Azərbaycan xalqına məxsus olduğunu göstərib. Azərbaycan torpaqlarını işğal edən, həmçinin mədəniyyətimizə, mətbəximizə və musiqimizə göz dikən ermənilər bu dəfə istədiklərinə nail ola bilməyib.  

BAKU.WS