SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.


Ziya Səccad

BAKU.WS