SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın Göyçay rayonunda növbəti "Nar bayramı” keçirilib.


BAKU.WS-in məlumatına görə, bayramda müxtəlif növ narlar nümayiş etdirilib. Tədbirdə narlar iriliyinə görə bir-birindən fərqlənib. Ən iri narın çəkisi 1 kiloqram 115 qram gəlib. Bu barədə jurnalist Aysel Nazimqızı xəbər verib. 

Qeyd edək ki, ilk "Nar bayramı” Göyçay rayonunda 2006-cı ilin noyabr ayının 3-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilib.


Məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.

BAKU.WS