VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Planet Parni iz Baku” KVN komandası 25 il əvvəlki əfsanəvi qələbəsini qeyd edib.

BAKU.WS-in məlumatına görə, 25 il əvvəl KVN komandası ilk dəfə olaraq Odessa şəhərində çempion olub. "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanov Instagram hesabında paylaşım edərək bunları yazıb: 

"25 il bundan qabaq, 24.12.1992-ci il tarixində "Parni iz Baku" KVN komandası ilk dəfə olaraq çempion oldu. Yaşasın Azərbaycan!!!" 

Qeyd edək ki, “Planet Parni iz Baku” KVN Teatrı 1988-2001-ci illərdə mövcud olub. KVN komandamız 1992, 1993, 1995-ci illərdə “Şən və Hazırcavablar Klubları” arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Komandanın kapitanı Anar Məmmədxanov idi.

Əfsanəvi “Planet Parni iz Baku” KVN komandasının əsas həyəti:

Anar Məmmədxanlı (kapitan)
Bəhram Bağırzadə
Timur Vaynşteyn
Samir Abdullayev
Ənvər Mansurov
Azər Məmmədzadə
Elçin Əzizov
Murad Dadaşov
Tahir İmanov
Cabir İmanov
Vado Korovin
Emil Abbasov
Casim Faris
Elnur Məmmədov
Yana Nikitina
İlqar Nəbiyev
Mehdi Mirsalamov
Zaur Tağıyev
Dimitri Yanqurazov
Tamerlan Əliyev
Eldar Hüseynov
Leonid Rabinoviç
Vadim Epşteyn
Ceyhun Nəzərli
Alışan Kadırov
Pərviz Məmmədov

Tuncay
BAKU.WS