VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 23-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Arabir duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 24-ü axşamadək Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BAKU.WS