Aparıcı Zaur Kamal canlı yayımda meyxanaçı Pərviz Bülbüləyə hörmətsizlik edib.

BAKU.WS-in məlumatına görə, Xəzər TV-də yayımlanan “5-də 5” verilişində Zaur Kamal meyxanaçıya həsr etdiyi şeirlə ona “ilişib”.

Pərviz Bülbülə isə deyib ki, bu şeirinin cavabını bədahətən verəcək.

Zaur Kamal meyxanaçının cavabının sərt olacağından ehtiyat edərək səs rejissorlarına işarə verib ki, mikrafonun səsi alınsın.

Pərviz Bülbülə cavab şeirini deyərkən onun səsi alınıb və efirə səs getməyib.

BAKU.WS