SİZİN REKLAM BURADA!
055 213 76 73



Qadınlara görə kişiləri anlamaq, kişilərə görə isə qadınları anlamaq zaman-zaman çox çətin olur.

Bu dəfə məsələyə kişilərin gözündən baxmağa çalışdıq. Kişilərin qadınlarda nəyi bəyəndiyini az-çox bilirik. Bəs, bəyənmədikləri xüsusiyyətləri?

BAKU.WS kişilər tərəfindən qadınlarda bəyənilməyən xüsusiyyətləri təqdim edir:

Uşaq kimi davranan qadın - Uşaq kimi danışmaq və uşaq kimi davranmaq 5 yaşınızda qaldı. Artıq böyüdüyünüzü və öz ayaqlarınızın üzərində dəstəksiz bir şəkildə dayana bildiyinizi göstərməlisiniz, bu sizi güclü və cazibədar göstərər.

Həddindən artıq makiyaj və bəzənən qadın – Qabarıq makiyaj kişilərə sizdən qaçırır. Təbiilikdən uzaq makiyaj heç gözəl görünmür.
Davakar, söyüşlə danışan qadın - Kişilərə görə qadınlar davakar olmamalıdır. Söyüşlə danışan qadınlar isə ümumiyyətlə qıcıq yaradır.
Digər insanlara yuxarıdan aşağı baxan qadın - Heç kimdən üstün olmadığınızı, mənəviyyatınızın yüksək olduğunu göstərən davranışlar, kişilərin gözündən qaçmır.

Əsəbi qadın - Hər şeyə çox tez əsəbiləşən qadınlar da sevilməyənlər və zəhlətökən qadın tipləri arasındadır.

Baxımsız qadın - Kişilərin əksəriyyəti baxımsız, özünə fikir verməyən qadınları sevmədiklərini bildiriblər.

Zümrüd/Çinarə
BAKU.WS