SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Facebook"un yaradıcısı Mark Zukerberq şəxsi profilində hamilə həyat yoldaşı Prisçilla Çanla ilə şəklini paylaşıb.

BAKU.WS məlumat verir ki, Mark, fotoqraf Enni Leyboviçin çəkdiyi şəkli həyat yoldaşının ən gözəl fotosu kimi təqdim edib:
 
"Bu, Prisçillanın möhtəşəm fotosudur. Onun haqqında danışmaqdan zövq alıram: güclüdür, həm də zərifdir. Sərt olduğu qədər sevgi doludur. Belə gözəl anı tarixə çevirdiyi üçün Enni Leyboviçə təşəkkür edirəm". Mark və hamilə həyat yoldaşının şəkli facebook izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, 2003-ci ildə tanış olan cütlük  2012-ci il 19 may tarixində ailə qurub.
 
BAKU.WS