VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı gənclər ucqar rayonlardakı uşaqları sevindirmək üçün maraqlı bir layihəyə imza atıblar. Bir qrup gəncin ərsəyə gətirdiyi baba.az layihəsi vasitəsi ilə bu il Azərbaycanın bölgələrindəki yüzlərlə məktəbli xeyirxah insanların köməyi ilə arzularındakı hədiyyələrə qovuşacaq.

Bunun üçün öz bacarıqlarını böyük bir həvəslə videoya çəkib sayta göndərən uşaqların artıq hədiyyələrinin çox hissəsi də alınıb. İndi isə böyük bir həvəslə onun yolunu gözləyən uşaqlara şaxta babanın hədiyyələri çatdırması qalıb.

Kimisi rəqs edir, kimi şaxta baba üçün şeir deyir, kimi isə mahnı oxuyur.

Etdikləri bu canfəşanlığın qarşılığında isə Şaxta babadan müxtəlif hədiyyələr istəyirlər. Qızlar rəngli karandaş, çanta, oğlanlar isə şaxta babanın yeni ildə onlara oyuncaq maşın və velosiped kimi hədiyyələr gətirməsini gözləyir.

Fərhad Ələkbərovun layihəsi olan Baba.az saytının köməyi ilə şaxta baba bu il ucqar rayonlarda yaşayan yüzlərlə məktəbliyə hədiyyə aparacaq.Bunun üçün isə sadəcə həddiyyə istəyən məktəbli şaxta baba üçün öz bacarığından xırda bir nümunə göstərməlidir.

Layihənin meneceri Aysel Qədiməliyevanın sözlərinə görə, kampaniya start götürdüyü andan böyük maraqla qarşılanıb.Elə bir neçə gün ərzində sayta videosunu yerləşdirilən uşaqların əksəriyyətinin hədiyyəsi xeyirxah insanlar tərəfindən alınıb.

Layihədə iştirak edən uşaqların arzularını reallaşdırmaq üçün isə sadəcə sayta daxil olub oradan ala biləcəyiniz hədiyyəni seçmək kifayətdi. Daha sonra layihəyə cəlb olunan könüllülər həmin hədiyyəni sizdən götürərək şaxta baba vasitəsi ilə məktəblilərə çatdıracaq.

Videoları çəkib göndərməkdə isə bölgələrdə olan müəllimlər Əli Mansırlı və Ehtiram Safquliyev köməklik göstərir.

Hədiyyələrin və videoların qəbulu hələ dekabrın 26 -na qədər davam edəcək.Qeyd olunan müddət ərzində yüzlərlə uşağın arzularının reallaşması üçün bu işə cəlb olunan könüllülər sayt vasitəsi ilə hədiyyə və ianə qəbuluna davam edəcək.

BAKU.WS