SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda təmir olunan yolda işlər yekunlaşmaq üzrədir.

Bu barədə BAKU.WS-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

O, bildirib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsi (metronun Azadlq stansiyası) təmir olunur.

Təmir işlərinin sabah tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan bir neçə gün öncə Şövkət Məmmədova küçəsi əsaslı şəkildə təmir olunmuşdu.

BAKU.WS