SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni və teleaparıcı Sevil, Sevinc bacılarına canlı yayımda evlilik təklifi edilib.

BAKU.WS-in məlumatına görə, Xəzər TV-də yayımlanan “5-də 5” verilişində Həzrət adlı gənc əlində gül dəstəsi ilə studiyaya gələrək Sevilə eşqini elan edib.

O bildirib ki, Sevilə qarşı hissləri əkiz bacıların Türkiyənin məşhur “Yetenek sizsiniz” verilişində iştirak etdiyi vaxtdan yaranıb.

Verilişdə Həzrətin anası isə göz yaşlarını saxlaya bilməyib.

Aparıcı Zaur Kamal isə Həzrətə söz verib ki, Sevilgilə elçi gedəcək və bu, gələn həftə elçilik rubrikasında nümayiş olunacaq.

BAKU.WS