Maxi şirkəti çəkdiyi yeni reklam çarxı ilə rəqibi İrşad Electronics şirkətinə cavab verib.

BAKU.WS-in məlumatına görə, Maxi şirkəti reklam çarxında rəqibini bu ilin simvolu olan xoruza bənzədib.

İrşad Electronics isə bir müddət əvvəl çəkdiyi reklam çarxında Şaxta babanın itinə Maxi adı qoymuşdu.

Maxi şirkətinin reklam çarxında görünür ki, əlində İrşad adlı xoruzla maxi.az-ın mağazalarından birinə gələn Şaxta baba buradakı məhsulların qiymətlərinə heyran qalır.

Reklam çarxının sonunda isə Maxi adlı itin İrşadı parça-parça etdiyi görünür.

Həmin videonu təqdim edirik.

Həmçinin oxuyun: Azərbaycanda şirkət reklamda rəqibini itə oxşatdı: Maxi, ağıllı ol! (VİDEO)

BAKU.WS