SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın işğal olunmuş tarixi torpaqları hazırda xarabalığı xatırladır. 
 
BAKU.WS-in məlumatına görə, tarix boyu regionda inkişaf edən böyük şəhərlərdən biri olmuş Şuşa erməni işğalından sonra tənəzzül dövrünü yaşayır. Bu qənaətə ermənilərin özlərinin sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxmaqla gəlmək olar.
 
Füsunkar təbiəti ilə turistlərin diqqətini çəkməsinə baxmayaraq Şuşa baxımsızlıqdan tərk edilmiş şəhərə bənzəyir. Tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş bu şəhər şahidi olduğu müharibənin izlərini hələ də özündə saxlayır. 

Sərt dağlar, sıx meşələrlə əhatələnən Şuşanın ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı – birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. 1992-ci ilin may ayının 8-də Azərbaycanın tarixi şəhəri Şuşa ermənilər tərəfindən işğal edilib.
 
Şahin Həbibov
BAKU.WS