SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Məhəmməd bin Rəşid Qadir ov etmək üçün yenidən Azərbaycana gəlib. 
 
BAKU.WS-in məlumatına görə, Məhəmməd bin Rəşid Qadir ov zamanı çəkilən fotolarını öz Instagram səhifəsindən paylaşıb. Son aylar Azərbaycana tez-tez səfər edən Məktum ailəsi regionlarda qalaraq istirahət edir. Bahalı maşınlar, lüks evlər kiraləyən ərəb şeyxləri Azərbaycanda milyonlar xərcləyir.
 
Qeyd edək ki, ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının sonlarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışır. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Adətən bu ov mərasiminin videoçəkilişi aparılr.

Kür-Araz ovalığı ərazisinin hamar relyefə malik olması ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini canlı izləməyə də imkan yaradır. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşları ilə ov etmək varlı ərəblərin ən sevimli əyləncəsidir.
 
Şahin Həbibov
BAKU.WS