VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkələrdə AZTV-nin "Müasir Azərbaycan Gənci" (MAG) verilişinin efirə getməyən kadrlardakı ifası ilə bir gecədə məşhurlaşan Vüsal Rzasoy adlı gənc bu dəfə Lider" telekanalında qonaq olub.

BAKU.WS Milli.Az-a istinadla xəbər verir ki, Murad Arifin "Status" verilişinə dəvət olunan gəncə maraq böyük olub.

Aparıcının "Rokçusunzumu?" sualına Vüsal "Rokçu idim. İndi müxtəlif istiqamətlərdə axtarışdayam. Məsələn, bəzi folk musiqilər. Bu istiqamətdəyəm hal-hazırda" cavabını verib.

Daha sonra Murad "İfanızdan sonra reaksiyalar birmənalı olmadı. Gözləyirdinzimi?" sualıyla Vüsala üz tutub:

Vüsalın bu suala cavabı ifası qədər maraqlı alınıb:

"Düşünməmişdim necə qarşılana bilər. Çünki mən bunu çox səmimi olaraq etmişdim. Sərt reaksiyalardan sonra mən çalışdım ki, o insanlara münasibətim dəyişməsin, dəyişmədi də!"

BAKU.WS