SİZİN REKLAM BURADA!
055 213 76 73



2016-cı ildə 2170 nəfər Türkiyə vətəndaşı azərbaycanlı qadınlarla ailə həyatı qurub.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınlar statistik göstərici üzrə üçüncü sıradadırlar.

2016-cı ildə Türkiyə vətəndaşları daha çox suriyalı qadınlarla ailə qurublar. Belə ki, ötən il türk kişilər 6495 suriyalı, 2644 alman xanımla evləniblər.

Türkiyə Statistika Komitəsinin məlumatında qeyd olunur ki, 2016-cı ildə ölkə ərazisində ümumilikdə əcnəbilərlə 22 583 nikah qeydə alınıb. Ötən il 1338 türkiyəli qadın Almaniya, 377-si Suriya, 291-i isə Avstriya vətəndaşı ilə ailə qurub.

BAKU.WS