SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
6 yaşlı Virsaviya Borun ürəyinin quruluşuna görə hər kəsi heyrətləndirib. 

BAKU.WS məlumat verir ki, Rusiyada yaşayan Virsaviya Borun milyonda bir nəfərdə görülən "Cantrell" xəstəliyi ilə dünyaya gəlib. Balaca qızın ürəyi sinəsinin xaricində atır və üzərini incə bir dəri təbəqəsi örtür. 
 
Anası İnstaqramda Virsaviyanın şəkillərini paylaşdıqdan sonra çox sayda insanın diqqətini çəkə bilib. Boston Uşaq Xəstəxanasının həkimi Virsaviyanın müalicəsi və əməliyyatı üçün onları Amerikaya dəvət edib. Lakin, yüksək təzyiq səbəbi ilə əməliyyat iki il sonra ediləcək. 
 
Anasının sözlərinə görə, həkimlər uşaq doğularkən onun 6 ay yaşayacağını demişdilər. Lakin, Virsaviya 6 ildir möcüzəvi şəkildə həyatdadır. Xəstəliyinə baxmayaraq o, normal həyat tərzi yaşayır. Delfinləri, midililəri, baleti, şəkil çəkməyi çox sevir. Müğənni Beyonsun ən böyük fanatıdır. 

Qeyd edəki ki, "Cantrell" xəstəliyi, nadir görülən və sinə ilə qarın bölgəsindəki (torakoabdominal) inkişafın pozulmasıdır. Bu xəstəlik ilk dəfə 1958-ci ildə Cantrell və dostları tərəfindən müəyyən edilib. Xəstəliyin əsas sindromları qarın divarında, sinə sümüyündə və ürəkdə olan qüsurların gözlə görünən şəkildə olmasıdır. 
 
BAKU.WS