SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda mobil telefonlar üçün "halal" kaburo satışı ilə əlaqədar ilahiyyatçı Hacı Şahin BAKU.WS-ə eksküliziv olaraq açıqlama verib.

Tanınmış ilahiyyatçı açıqlamasında bildirib ki, onun fotoşəkilləri əks olunan kaburoların satışı ilə heç bir əlaqəsi yoxdur. Hacı Şahin bildirib ki, artıq həmin əşyaların satışı ilə məşğul olanlarla əlaqə də yaradıb və onların satışdan çıxarılmasını xahiş edib.

"Əvvəllər də məktəbli çantalarında mənim şəkillərimi vurmuşdular. Həmin çantaları da satışdan çıxartdılar. O vaxt da bildirmişdim, indi də deyirəm ki, belə işləri xoş qarşılamıram. Hər dəfə bir şey çıxarırlar. Kimlərsə öz mənafelərinə görə belə işlər görürlər. Bu yaxşı deyil”, - deyə Hacı Şahin bildirib.

İlahiyyatçı hələlik bu işləri görənlər barədə hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir. O, belə hallar davam edərsə bununla bağlı bir tədbir görəcəyini də istisna etmir.

"Belə şeylər hər yerdə var. Yenə də deyirəm ki, bu yaxşı iş deyil. Bu kiminsə adından istifadə etmək deməkdir. Mən bir daha xahiş edirəm ki, mənim şəkillərimi əşyaların üstünə vurub satmasınlar”, - deyə Hacı Şahin qeyd edib.

 

Qeyd edək ki, Azərbaycanda mobil telefonlar üçün "halal" kaburo satışa çıxarılıb. 

 
BAKU.WS-in məlumatına görə, paytaxt mağazalarında satılan bu kaburoların üzərində dini sözlər yazılır. Bəzilərinin üzərində isə ilahiyyatçı Hacı Şahinin şəkilləri əks olunub.
 
Sosial şəbəkələrdə paylaşılan şəkillər insanlar arasında böyük marağa səbəb olub. Çox sayda insan bu cür kaburolara ehtiyac olmadığını bildirsədə, bu yenilikdən razı qalanlar da tapılıb.
 
Xatırladaq ki, bir müddət öncə də üzərində Hacı Şahinin adı yazılan məktəbli çantaları satışa çıxarılmışıdı. "I love you Hacı Shahin" yazılı çantalar uzun müddət sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Ziya Səccad

 

BAKU.WS