SİZİN REKLAM BURADA!
055 213 76 73



“Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”.

BAKU.WSxəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah - noyabrın 11-də gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək: “Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-də və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Noyabrın 12-də havanın temperaturu bu günlər ilə müqayisədə 2-3 dərəcə yüksələcək”.

BAKU.WS