SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Xatirə İslam Macarıstanın paytaxtı Budapeştdə istirahət edir. 

BAKU.WS-in məlumatına görə, müğənni məşhur "Seçeni" hamamında olub. Xatirə hamamda suyun 50 dərəcə isti olduğunu qeyd edib.  

Budapeştdə 27 dəniz hamamları işləyir. Ən məşhurları bunlardır: "Seçeni", "Gellert", "Lukaç", "Kiray" və "Rudaş". “Seçeni” müalicəvi xüsusiyyəti ilə tanınır.

Burada 18 bağlı və açıq hovuz və 14 sauna var. Onun interyerinin qurulmasına Macarıstanın ən məşhur ustaları cəlb olunub. Bu hamamın əsas bəzəyi heykəltəraşlıq kompozisiyaları və vitrajlardır. İstirahət kompleksinə hər gün təxminən 4 min ziyarətçi baş çəkir. Amma bu rəqəm sizi qorxutmasın, hamıya yer çatar.

BAKU.WS