VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 22 yaşlı gəlin evdən qaçıb. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-i Şəkidə, Öyrət kəndində baş verib. Şəki sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət edib.

Sonradan məlum olub ki, 2 uşaq anası olan gəlin gecə saatlarında evi tərk edib. Bunu həyat yoldaşı Nəsir Əlimərdanov ağlayan uşağın səsinə oyananda bilib. Kənddə öz traktoru ilə təsərrüfat işləri görüb ailəsini dolandıran Nəsir həm gəlinin, həm də özünün valideynlərinə xəbər verərək bildirib ki, həyat yoldaşı Günəş uşaqları evdə qoyaraq qaçıb.

O, ərinin cibindən 20 manat pul və sənədlərini götürərək evi tərk edib. Ailə üzvülərinin sözlərinə görə, ailədə tez-tez söz-söhbət olub və gəlin əvvəllər də bir necə dəfə evdən gedib. Hər dəfə də atasigildə 2-3 ay qalıb. Bu dəfə gəlindən heç kimin xəbəri olmadığı üçün onun valideynləri də təşvişə düşüblər.

İndi onun 4 yaşlı qızı Gülay və yaş yarımlıq olan oğlu Tunara oğlanın valideynləri baxır.

BAKU.WS