SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çox dadlı və asan bir konfet hazırlamaq üçün yalnız 20 dəqiqə vaxt və 3  sadə məmulat lazımdır.
 
BAKU.WS sizinlə cənnət həzzi olan Bounty şokoladının reseptini bölüşür:
 
Məmulatlar:
2  plitka südlü şokolad 
3 stəkan kokos
1 stəkan qatılaşdırılmış süd
Kokos ilə qatılaşdırılmış süd qarışdırılır. Kokoslu məhluldan qozdan bir az daha böyük parçalar halında götürüb ovcunuzla düzbucaqlı baton forması verin. Şəkil verdiyiniz kokos parçalarını yağlı kağız  sərilmiş siniyə düzüb 20 dəqiqə soyuducuda saxlayın. Plitka şokoladı ya mikrodalğalı sobada, yaxud da su hamamında əridin. Soyuducuda olan baton formalı kokoslu içliyi çəngəlin köməyi ilə şokolada batırın və dərhal yağlı kağız sərdiyiniz siniyə düzun. Şokoladın tamamilə bərkiməsini gözləyin.
 
Nuş olsun!
 
Aysel Selcan
BAKU.WS