SİZİN REKLAM BURADA!
055 213 76 73



Daha öncə də xəbər verdiyimiz kimi "Bizim Game Zone"-un təşəbbüsü ilə Azərbaycanda ilk dəfə FIFA18 konsol oyunu üzrə çempionat tipli sosial layihəyə start verilir.

Layihənin başlanmasına artıq sayılı günlər qalıb. Layihə rəhbəri Vüqar Faiqin sözlərinə görə keçiriləcək çempionat üçün maraq olduqca çoxdur. Qeyd edək ki, Azərbaycanda ilk böyük FIFA18 turniri olacaq bu layihə 11 Noyabr 2017 tarixində başlayacaq. Turnirin qaliblərini isə müxtəlif hədiyyələr gözləyir. Hədiyyə hovuzunda "Sony Playstation 4", "FIFA18" oyunu, "VR Cihazı", "Power Bank", STEP IT Akademiyası tərəfindən "100 AZN dəyərində vauçer" və s. kimi bir çox hədiyyə var.

Layihənin təşkilati dəstəkçiləri Bizim Game Zone, LaLiga Game Center, Playstation Azərbaycan, STEP IT Akademiyası, Gamebuy və Konsoloyun web layihələri, Komptel Baku, GameInfected Network və Hazzard Enerji İçkiləridir.

Son olaraq vurğulamaq istəyirik ki, çempionatda iştirak etmək üçün əvvəlcədən bilet almağınız gərəkəcək. Bilet əldə etmək üçün 050 212 22 97 nömrəsinə zəng edə bilərsiniz.