SİZİN REKLAM BURADA!
055 213 76 73



WhatsApp hər gün öz xidmətlərini yeniləməkdə davam edir. 

BAKU.WS-in məlumatına görə, artıq WhatsApp mesajı göndərən istifadəçilər həmin mesajı silə biləcək. "Delete for everyone" adlı yeni xidmət vasitəsi ilə səhv yazdığınız vəya istəmədiyiniz mesajları rahatlıqla silə biləcəksiniz. 

WhatsApp sözügedən xidmətlə bağlı rəsmi bloqunda istifadəçilərə məlumat verib. Ancaq mesajlar yalnız son 7 dəqiqə ərzində göndərdiyiniz mesajlara şamil ediləcək. Xidmət hələlik ABŞ üçün istifadəyə verilib və yaxın günlərdə bütün dünya üzrə istifadəçilərə təqdim olunacaq.

Silinmiş mesajlar həm sizin, həm də qarşı tərəfin tətbiqində "Bu mesaj silinib" deyə görünəcək. 

BAKU.WS