VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Artıq Məhərrəm ayı geridə qaldı və Səfər ayının ilk günlərini yaşayırıq.

BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, İmam Hüseynin (ə) 40 mərasimi ilə əlaqədar insanlar dünyanın hər bir yerindən Kərbəla ziyarətinə üz tuturlar.

Mediada əsasən, müsəlman olmayan xarici ölkə vətəndaşlarının İmam Hüseynin (ə) məzarını ziyarət etməsi, qeyri-adi hadisə kimi yer alır. Bu dəfə isə Azərbaycandan olan bir nəfər ateist Kərbəla ziyarətinə səfər edir. Belə ki, sosial şəbəkədə aktiv istifadəçi kimi tanınan Ziya Balıyev inanclı zəvvarlarla birgə “Ərbəin” günü (40 mərasimi) ilə əlaqədar İraqa yola düşüb. Onun bu addımı əqidədaşları və bəzi insanlar tərəfindən təəccüblə qarşılanıb.

Xatırladaq ki, o, bu yaxınlarda İmam Hüseynin (ə) şəhadətilə əlaqədar təşkil olunan təziyə məclisində iştirak etmişdi. Z.Balıyev bununla yanaşı mərsiyə oxunan zaman sinə də vurmuşdu.

Qeyd edək ki, Ziya Balıyev sosial şəbəkə hesabında dini baxışı barədə məlumat hissəsinə “Skeptik-Ateizm” yazıb.

BAKU.WS