SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur verilişi “O səs Türkiyə”yə qatılan azərbaycanlı iştirakçı Aynurə Şirinova ifası, görünüşü ilə hər kəsi təəccübləndirib.

BAKU.WS-in məlumatına görə, Aynurə Şirinova türk dilində “Annem” mahnısını ifa edib.

Münsiflər heyətindən ilk bəyənən və üzünü Aynurəyə çevirən müğənni Yıldız Tilbe olub.

O, azərbaycanlı iştirakçının ifa tərzini çox bəyəndiyini deyib. Müğənnilər Murad Boz və Hadisə də A.Şirinovaya üzünü çevirib.

Murad Boz Aynurənin ifası ilə geyim tərzində kəskin ziddiyətin olduğunu qeyd edib.

Aynurə Şirinova müsabiqədə Yıldız Tilbe ilə çalışmaq istədiyini bildirib.

BAKU.WS