SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatlarında Bakı şəhərində qeyri-adi yürüş keçirilib.

Oxucularımızdan birinin BAKU.WS-ə göndərdiyi videoda 10 yaxın qadın paltarı geyinmiş “kişi”nin yürüş etdiyi görünür.

İlk baxışdan aksiya halloween bayramına bənzəsə də, xatırladaq ki, bu bayram oktyabr ayının son günlərində qeyd olunur.

Aksiya iştirakçılarının danışıqlarından da onların cinsi azlığın nümayəndəsi olduğu hiss olunur. Hətta danışqlardan bəlli olur ki, aralarında əcnəbilər də var.

Kimsə kadr arxasından aksiyanı telefonla qeydə alan qırmızı paltarlı “qadın”ı “gəl gedək” deyə yürüş iştirakçılarından geri qalmamağa səsləyir.

BAKU.WS