Çində bir uşaq dövrü başa çatıb.
 
BAKU.WS-in məlumatına görə, Pekin rəhbərliyi bu gün verdiyi bir qərarla ölkədəki "tək uşaq" siyasətinə son qoyub. Çinlilər artıq ikinci uşağa sahib ola biləcək.
 
Çin Kommunist Partiyasının (ÇKP) aldığı yeni qərarla bütün ailələr ikinci uşaq sahibi olmaq imkanına malik olacaq. ÇKP liderləri paytaxt Pekində 2016-2020-ci illərdə tətbiq olunacaq ictimai və iqtisadi islahatların müəyyənləşdirilməsi üçün toplanıb. Qərar da məhz bu iiclasda qəbul edib. 

Çinin ailə planlaşdırma və tək uşaq siyasəti ölkənin sürətli artan əhalisini nəzarətdə saxlamaq üçün hələ 1980-ci ildə qüvvəyə minib. 35 il idi ki, şəhərlərdə yaşayan ailələrə tək uşaq limiti qoyulmuşdu. Bölgələrdə yaşayan ailələr isə ilk uşaqlarının qız olması halında ikinci uşaq sahibi ola bilərdi. 
 
Şahin Həbibov
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ