SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-də yayımlanan “5-də 5” verilişində aparıcı Zaur Kamal tamaşaçılara hörmətsizlik edib.

BAKU.WS-in məlumatına görə, aparıcının qonağı müğənni Manaf Ağayev olub.

Zaur Kamal müğənniyə sual verib ki, onun yoldaşlığı maşında daha yaxşıdır, yoxsa təyyarədə.

Manaf Ağayev təyyarədə baş verən hadisə barədə danışmaq istəyib.

Bu vaxt aparıcı səs rejissorlarına deyib ki, mikrafonların səsi alınsın. Aparıcı və müğənni öz aralarında söhbət edib, deyib gülürlər. Tamaşaçılar isə onları sadəcə izləməklə kifayətləniblər.

Aparıcının bu hərəkəti sosial şəbəkələrdə geniş müzakirə olunub. Bildirilir ki, Zaur Kamal və Manaf Ağayev bu hərəkətləri ilə tamaşaçılara hörmətsizlik ediblər. Hətta bunu təhqir hesab edənlər var.

Həmin görüntüləri sizə təqdim edirik.

BAKU.WS