SİZİN REKLAM BURADA!
055 213 76 73



“Xəzər TV” “5/5” verilişində maraqlı anlar baş verib.

BAKU.WS-in məlumatına görə, verilişin aparıcısı Zaur Kamal efirdə müğənni Afət Fərmanqızıya bahalı gül dəstəsi göndərildiyini bildirib. Daha sonra gül dəstəsini aparıcı studiyaya gətizdirib. Məlum olub ki, gülün bir dənəsi 5 manatdır və ümumi qiyməti 750 manatdır. 

Müğənni bildirib ki, bir nəfər bəy hər həftə ona belə bahalı gül dəstələri göndərir: 

"150 gülə bu qədər xərc çəkilib. 5 manatdan 150 gülün qiyməti 750 manatdır. Bir nəfər sevgisini mənə isbat etməyə çalışır. Zaur mənim ağsaqqalım sizsiniz. Siz qərar verərsiz ki, bu qızı vermək olar yoxsa yox".

Müğənni efirdən sonra gülləri sayıb və Instagram-da gül dəstəsinin dəqiq qiymətini yazıb. Məlum olub ki, əslində gülün qiyməti 1250 manatdır. Çünki gül dəstəsində 251 ədəd gül olub.  

“Xəzər TV” “5/5” verilişində baş verən həmin anları təqdim edirik:

Nazim
BAKU.WS