VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyanın ən məşhur koleksiyonerlərindən biri olan azərbaycanlı milyarder Fərhad Əhmədov ultra lüks yaxtası ilə Muğlada olub.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın paytaxtı Bakıda doğulan, "sənət aşiqi" olaraq xarakterizə edilən iş adamı Fərhad Əhmədov Roman Abramoviçdən aldığı 360 milyon dollar dəyərindəki 115 metrlik "Luna" adlı yaxtası ilə istirahət edir.

Ailə ilə birlikdə Bodrum və Marmarisdə dincələn iş adamı bölgədə təxminən 10 gün qalıb. Fərhad Əhmədovun son dayanacağı Mərmərə olub. İş adamı 35 yaşındakı türk rəssam Güçlü Kadir Yılmazın bir tablosunu 10 min dollara alıb.

Tablosunun məşhur azərbaycanlı kolleksiaçı tərəfindən alınmasından böyük qürur duyduğunu ifadə edən rəssam Yılmaz bunları deyib: "Sırf kolleksiyasına əlavə etsin deyə bir çox rəssam Əhmədova əsərlərini hədiyyə etmək istəyir, amma o qəbul etmir. Mənim əsərimi bəyənməsi, üstəlik bazarlıq etmədən alması, mənə və əsərimə əhəmiyyət verdiyinin göstəricisidir. İnternet üzərindən tablonu almasından sonra sənət dünyası bu hadisədən danışır. İndi mənim üçün hədd yüksəldi, daha yaxşısını etməliyəm".

BAKU.WS