SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışında yüksək vəzifəli şəxslər iştirak ediblər.

BAKU.WS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən yarışın açılış mərasimində dövlət və hökumət rəsmiləri, müxtəlif idman qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanda ilk dəfə keçirilən maneəli ekstremal “Mübarizlər” yarışında TT Fight Club-un komandası qalib gəlib.

Nəticələrə əsasən, kişi iştirakçılardan 10 nəfər, qadın iştirakçılardan isə 5 nəfər qalib elan olunub.

Mükafat alan qadınlardan biri BAKU.WS-ə yarış zamanı müsahibə verib: “Moskvadan yarışmaya qatılmışam. Hər şey çox əladır. Buradakı trassa söz yoxdur. Buradan bütün Moskvaya salamlarımı göndərirəm" 

Qeyd edək ki, yarışın açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və başqa şəxslər iştirak ediblər.

Tuncay
BAKU.WS