SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfi Zadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər".

BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib.

Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsinə görə ləngiyir: "Hazırda bu məsələ müzakirə olunur. Hər halda, mənim bildiyim odur ki, bu proses yeddi gün, bəlkə də on gün çəkdi. Sizə dəqiq heç nə deyə bilmirəm. Çünki ola da bilər, yeddi-səkkiz günə yox, cənazəni dörd-beş günə gətirsinlər", - deyə, C. Səlimova qeyd edib.

BAKU.WS