VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Apple" üç ay yarım müddətdə sınaqdan keçirdiyi iOS 11 sistemini istifadəyə verib.

BAKU.WS-in məlumatına görə, yeni sistemdə ən çox gözə dəyən yenilik kontrol mərkəzidir. Yeni dəyişikliklərlə bu pəncərədə daha çox işarələr əlavə olunub. Kontrol mərkəzində parlaqlıq və səs tənzimlənməsi əlavə olub. Bu isə sizə telefonu istifadə edərkən çox rahat imkan yaradır.

Kontrol Mərkəzi indi bütün ekranı əhatə edir. Bu, eyni anda daha çox simvol əldə etmək imkanı verir. Nəzarət Mərkəzini də özünüzün istəklərinə uyğun olaraq dəyişdirə bilərsiniz.

Tənzimləmələr bölməsindən Kontrol Mərkəzinə daxil olaraq istədiyiniz xüsusiyyətləri seçə bilərsiniz. Daha bir özəlliklə ekranın görüntülü qeydini aparmaq mümkün olacaq. Belə ki, ekran görüntüsü funksiyasını seçərək qeydin aparılmasına başlaya bilərsiniz. Bu zaman ekranda qırmızı xətt görünəcək. Bununla da ekranı qeyd etmək və həmin videonu asanlıqla telefonun yaddaşına köçürə bilərsiz.

BAKU.WS