SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin fenomen serialı "Kurtlar Vadisi Pusu"nun son bölümünün anonsu yayımlanıb.
 
BAKU.WS-in məlumatına görə, bu həftə də bol həyəcan və macəra davam edir. Necati Şaşmaz, Cahit Kayaoğlu, Dəfnə Samyeli, Erhan Ufak və Ertan Şabanın rol aldığı serialın finalı Gölgenin Polat Alemdara qurduğu tələ ilə bitmişdi. 

Hər kəsin ən çox maraqlandığı mövzu isə Poladın bu tələdən necə xilas olmasıdı. Usta bir manevrlə Gölgenin oyununu pozan Polat Alemdar Yaxın Şərqlə bağlı planları bir dəfə daha altüst edir. 

Polat Alemdarla Zeynəbin yolları bir dəfə daha kəsişir. Zeynəb Poladın əlindəki adamlarını geri almaq üçün qayıdır və Poladın qarşısına sürpriz bir kartla çıxır. 
 
"Kurtlar Vadisi Pusu"nun bu həftə yayımlanacaq 269-cu bölümündə yeni bir obraz daha filmə daxil olacaq. Elmi işləri ilə qaranlıq güclərin hədəfinə çevrilən və şəxsiyyətini gizlədərək yaşamaq məcburiyyətində qalan Ayla Alqanın canlandıracağı professor Anadolu ilk dəfə "Kurtlar Vadisi Pusu"nun bu həftəki hissəsində tamaşaçı qarşısına çıxır. 
 
Şahin Həbibov
BAKU.WS