Kənd təsərrüfatı naziri Heydər Əsədovun "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) strukturunun təkmilləşdirilməsi barədə” əmrinə uyğun olaraq Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzlərinin yeni strukturu təsdiq edilib.


BAKU.WS-in verdiyi məlumata görə, Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika laboratoriyaları yaradılıb. Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin təyini və Mikotoksinlərin təyini laboratoriyaları fəaliyyətə başlayıb.

Bu proqramların həyata keçirilməsi üçün daxili imkanlarla yanaşı, beynəlxalq təşkilatların dəstəyindən də geniş istifadə olunur. Dünya Bankının Azərbaycan üçün Kənd Təsərrüfatının İnkişafı Kredit laiyhəsinin (ADCP) III fazasının komponentlərindən biri - Ərzaq təhlükəsizliyi, heyvan sağlamlığı və bitki mühafizəsi və karantini olmaqla, SFS xidmətlərinin gücləndirilməsini nəzərdə tutur. Layihənin "Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi” sub-komponenti üzrə fəaliyyətlər məhz DFNX-nin gücləndirilməsinə yönəlib.

Birinci istiqamət üzrə Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza və Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzlərinin laboratoriyalarının lazımı avadanlıqlarla təchizatı və zərərvericilərin diaqnostikası üsullarının təkmilləşdirilməsi üçün laboratoriya əməkdaşlarına ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi, ikinci istiqamət üzrə zərərli orqanizmlərə nəzarət və zərərli orqanizmlərin yayılması riskinin təhlil edilməsi imkanlarının gücləndirilməsi məqsədi ilə əməliyyat təlimatlarının və proseduraların hazırlanmasında Dövlət Xidmətinə texniki yardım və müasir yanaşmaların tətbiqi nəzərdə tutulub. Bu məqsədlə də rəhbər işçilər və heyət üçün təlimlər, proqram təminatı və lazımi avadanlıqlarla təchiz edilməsi həyata keçiriləcək.

Səfər çərçivəsində Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə mövcud vəziyyətin təhlili, işlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq yenidən qurulması, laboratoriyaların zəruri avadanlıqlarla təchizatı, zərərərli orqanizmlərin diaqnostikası, pestisidlərin, aqrokimyəvi maddələrin və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin təyini üsullarının təkmilləşdirilməsi məqsədilə laboratoriya işçilərınə ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Ziya Səccad
BAKU.WS