"Apple" şirkəti yeni "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib.

BAKU.WS-in məlunmatına görə, “iPhone X” ilk dəfə metal korpusla istifadəyə verilib. Smartfon 2 rəngdə qara və boz rənglərdə istehsal edilib. Telefonun arxası şüşədəndir. "iPhone X"-də 6 nüvəli A11 Bionic prosessoru yerləşdirilib ki, bu da əvvəlki modeldən 70% sürətlidir.

Model virtual "Home" düyməsi və şaquli iki kamera ilə təchiz olunub.

iPhone 8 isə 64 Qb və 256 Qb yaddaşlı versiyalarda satılacaq. İlkin satış qiyməti 699 dollardır.

iPhone 8 Plus da 64 Qb və 256 Qb yaddaşlı versiyalarda olacaq. ABŞ-da ilkin satış qiyməti 799 dollardır.

iPhone 8 naqilsiz enerjidoldurma sistemi ilə təchiz olunub.

Yeni modellərin 12 meqapiksellik kameralarında yeni sensor, optik stabilləşdirici var.

Qeyd edək ki, telefonun qiyməti Azərbaycanda təqribən 1800 manat olacağı gözlənilir.

BAKU.WS