Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook daha bir xidmətini işə salıb.
 
BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə paylaşımların axtarılması artıq mümkün olacaq. Android, iOS platformasından da Facebook-dakı paylaşımları axtararaq tapmaq mümkün olacaq. Ancaq bu yeni xidmət yalnız trend olan paylaşımlara şamil olunacaq. 

Yeni xüsusiyyət nəticəsində ekranınızın axtarış hissəsinə yazdığınız sözlər artıq paylaşımlar arasında da axtarılacaq. Ancaq axtarış zamanı hər kəsin paylaşımını görmək mümkün olmayacaq. Yalnız dost olduğunuz şəxslərin və ya dostluğunuzda olmayan istifadəçilərin "hər kəsə açıq" paylaşdıqları axtarış nəticələrində göstəriləcək.

Eyni zamanda bu axtarış ekranında "Trend olan" paylaşımlara da xüsusi olaraq yer veriləcək. Eynilə Twitter-də olduğu kimi Facebook da paylaşımlar əsas başlıqlara əsasən formalaşcaq. Bu xüsusiyyət ictimaiətə fərqli bir interfeyslə - "Facebook Signal" olaraq elan edilmişdi. Artıq istifadə edilən bu yenilik bir neçə gün ərzində dünyanın bütün ölkələrində işə salınacaq.
 
BAKU.WS