VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan əsilli rus milyarder Fərhad Əhmədovun "Luna" adlı ultra lüks yaxtı Marmarisdə limana yanaşıb. İş adamı Yunanıstanın Adriatik dənizi girişindəki Korfu (Corfu) Adası, Mikonos (Mykonos), Tilos və Leros Adalarını gəzdikdən sonra həyat yoldaşı Tatyana Əhmədova, 3 uşağı və yaxın dostları ilə Türkiyəyə gəlib.

Vertolyot üçün eniş meydançası, mini sualtı qayığı, 6 sürət gəmisi, üstü bağlı və açıq 2 üzmə hovuzu, güllə keçirməz şüşələri və hər cür silahlı hücuma qarşı müdafiə sistemi olan polad gövdəli ultra lüks yaxt görənləri heyran edir. 

Dünyadakı ən zəngin iş adamlarından olan Fərhad Əhmədov "Northgas" şirkətinin rəhbəridir.

Şahin
BAKU.WS