VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Beynəlxalq Halal Sertifikatlaşdırma qurumu olan GIMDES “Səba” şirkətinə verdiyi halal sertifikatının müddətini Qurban Bayramı günlərində daha 2 il uzadıb. Avqustun sonlarında Səba müəssisələrində olub, yoxlama aparan təşkilat nümayəndələri şirkətin toyuq və toyuq əti məhsullarının halal qaydalarına uyğun istehsal edildiyini təsdiqləyiblər.

GİMDES təşkilatı Səba-ya ilk halal sertifikatını 2014-cü ilin sentyabrında 1 il müddətinə verib. Növbəti dəfə 2015-ci ildə müəssisəyə verilən halal sertifikatı 2 il müddətinə yenilənib. Səba məhsullarının halallığını təsdiqləyən hazırkı sənəd sentyabrın 2-də növbəti 2 il müddətinə təltif edilib.

Qeyd edək ki, GİMDES (Gıda ve İhtiyaç Maddeleri Denetleme ve Sertifikalama) təşkilatı Ümumdünya Halal Şurasının üzvüdür. GİMDES sertifikatlarını Asiya, Afrika, Avropa, Amerika və Avstraliyanın 20-dən artıq Ali İslam Şurası tanıyır və qurumun sertifikatına malik məhsulları bu qitələrdə yaşayan müsəlmanlar halallıqla qəbul edirlər.

“Səba” toyuq əti məhsullarından başqa, şirkətin "Biləsuvar Aqro" müəssisəsində istehsal edilən süd məhsullarının halallığı da GİMDES tərəfindən tanınıb. Bunun sayəsində, “Səba” Azərbaycanda ilk halal süd məhsulları brendidir.

“Səba”, həmçinin, məhsullarının halallığı Azərbaycan Respublikasının Dövlət Halal Standartı ilə təsdiqlənən ilk müəssisədir.