SİZİN REKLAM BURADA!
055 213 76 73



Fəaliyyəti qadağan olunan ANS televiziyasının tanınmış aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına köçüb.

BAKU.WS-in gununsesi.info-ya istinadən verdiyi məlumata görə, teleaparıcının ABŞ-a köçməsi onun bu ölkədə təhsil almaq istəyi ilə bağlıdır.

Qeyd edək ki, Qənirə Ataşova ANS bağlanandan sonra Amerikadan Bakıya dönmüşdü.

O, özünə dair olan bütün ittiham və suallara elə Bakıdaca cavab verib. Lakin onun könüllü Azərbaycana qayıtmasına baxmayaraq, sonradan Türkiyəyə gedişi zamanı sərhəddən geri qaytarılmışdı.

Ancaq dövlət başçısına müraciətindən sonra Qənirə Ataşovanın ölkəni tərk etməsinə qoyulan qadağa aradan qaldırılıb.

BAKU.WS