Ginnesin Rekordlar kitabına düşən, dünya şöhrətli Üzeyir Novruzov yeni video paylaşıb.

BAKU.WS-in məlumatına görə, Üzeyir "İnstagram” bloqunda yerləşdirdiyi videoda "ləzqinka" rəqsinə oynayıb. "America's Got Talent” yarışmasında nərdivanla şousu ilə məşhurlaşan həmyerlimizin paylaşdığı video böyük marağa səbəb olub.

Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Şahin
BAKU.WS

 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ