SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün avstraliya gözəli Ena Kadicin cəsədi tapılıb.


BAKU.WS
-in məlumatına görə, 2013-cü ildə Avstraliyada keçirilən gözəllik yarışında birinci yerə çıxmış model 30 metrlik hündürlükdən yıxılaraq ölüb.

26 yaşlı model hündürlükdən yıxıldıqdan sonra sağ olub. O, mobil telefonla bacısına zəng vuraraq yardım istəyib.


Modelin bacısı gələnə qədər onu iki tələbə ağır yaralı halda tapıblar. Ena Kadici təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Lakin həkimlərinin cəhdinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Modelin ölümünün qətl, yaxud bədbəxt hadisə olduğu dəqiq bilinmir. Araşdırma aparılır.

 
Ziya Səccad
BAKU.WS