055 213 76 73
Hicabla dənizdə çimmək nə dərəcə düzgündür?
BAKU.WS-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzVision.az-a bildirib ki, bir çox müsəlman ölkələrində, o cümlədən Türkiyədə hicablı qadınlar üçün ayrıca çimərliklər var.
“Türkiyədə müəyyən istirahət mərkəzlərində qadınlar və kişilər üçün ayrı çimərliklər fəaliyyət göstərir. Orada hicablı qadınlar adi çimərlik geyimində dənizdə və ya qapalı hovuzda çimə bilirlər. Örtünmənin qayda-qanunları, şərtləri var. Düzdür, dində bununla bağlı qadağa yoxdur, amma hicabla ümumi çimərlikdə çimmək qeyri-adi görünür deyə onun tərəfdarı deyiləm”.
Haci Şahin Həsənli bildirib ki, ölkəmizdə hicablı qadınlar üçün ayrı çimərliklər yaradılmalıdır: “Hicabla dənizdə çimməyi düzgün hesab etmirəm. Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, tələbat olarsa, belə çimərliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.
BAKU.WS